Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində Prezidentin tapşırıqlarının icrasına dair müşavirə keçirildi

10 oktyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  Xətai rayonunda da  abadlıq, yenidənqurma,  yeni-yeni parkların, abad həyətlərin salınması, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və  təmizlik  işlərinin aparılması  daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun olaraq həyata keçirilir.

10.10.2018-ci il tarixində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında keçirilən tədbirdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, İcra Hakimiyyətinin müavinləri,  şöbə müdirləri,  Başçının Sahə İnzibati Ərazi Dairələri  üzrə nümayəndələri, rayon bələdiyyələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə rayon İcra Hakimiyyətində  keçirilmiş müşavirə rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı  nitqindən irəli gələn məsələlərin-     butun sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, qanunsuz tikintilərə qarşı mübarizə, rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında tüstü bacalarına xüsusi havatəmizləyici avadanlıqların quraşdırılması, sərnişindaşıma sahəsində yol verilən nöqsanlar,   mövcud yaşıllıqların qorunması  və bu kimi digər tapşırıqların  icrası ilə bağlı geniş təhlillər aparılıb.   

 

Keçidlər