Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Abad həyət" layihəsi uğurla davam etdirilir+VİDEO

11 oktyabr 2018 | 11:00

Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr  sırasında abadlıq-quruculuq işləri və əhalinin səmərəli istirahəti  xüsusi yer  tutur.Görülən işlərin nəticəsi olaraq, son illər ərzində paytaxtda çoxlu sayda  "Abad həyət" sakinlərin istifadəsinə verilib.

  Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri  şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır. Bunun nəticəsi olaraq abadlıq-quruculuq işlərinin geniş vüsət  aldığı   Xətai rayonu öz gözəlliyi, səliqə- səhmanı ilə Bakının rəngarəngliyinə xüsusi çalarlar qatır. Burada yaradılan şərait, abad yollar, yeni-yeni gözəl park, istirahət məkanları sakinlərin və qonaqların ürəyincədir. Məhəllələrdə "nümunəvi həyət"lərin salınması isə görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində müxtəlif parklar, bir sıra binaların qarşısında 30-dan çox yeni "Abad məhəllə" salınıb,mövcud məhəllələr izə yenidən qurulub.

Nobel Prospekti, Şirvani küçəsi və digər ərazilərdə sakinlərin ixtiyarına verilən bir neçə "Abad həyət"də də istirahət üçün hər cür şərait yaradılıb. Burada idman və şahmat meydançaları, oturacaqlar, günlüklər, balacalar üçün müxtəlif attraksionlar quraşdırılıb.Bütün bunlar isə sakinlərin eləcə də, balacaların asudə vaxtlarının  səmərəli təşkili və onların istirahəti üçün geniş imkanlar yaradır. Sakinlər və təbiətsevər gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyaları da təşkil olunur.  Ümumiyyətlə, rayonun  qəsəbə və kəndində 10-dan çox layihə üzrə "Abad həyət"lərin yaradılması üzrə işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" və "Məktəb bağları" layihəri də rayonda uğurla reallaşdırılır.

https://www.facebook.com/173778893157406/videos/556673251428842/UzpfSTE3Mzc3ODg5MzE1NzQwNjozOTQ1NjA1MDEwNzkyNDM/

Keçidlər