Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon gəncləri Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısında iştirak ediblər

30 oktyabr 2018 | 11:00

Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan gənclərinin VIII Forumunun Bakı zona toplantısında iştirak edəcək Xətai rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və rayon gəncləri iştirak etmişlər.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənlliklə formalaşdırdığı gənclər siyasəti bu gün mahiyyət  və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin, Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük önəm verdiyi sahədir. Həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın gördüyü işlər danılmazdır. Sonda natiq forum iştirakçılarına uğurlar arzu edib.
  29 oktyabr 2018-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısında Xətai rayonundan olan gənclər iştirak ediblər.
Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Nazirliyinin məsul əməkdaşı Rəşad Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rəna Abdullayeva çıxış edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar. Qeyd edilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan yüksək diqqət və qayğının nəticəsidir. Bir sözlə, bu gün Azərbaycanda gənclərə bütün şərait yaradılıb. Onların qarşılarında artıq yeni hədəflər var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər.
Vurğulanıb ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Gənclər Forumu ötən illər ərzində böyük təcrübə toplayıb, ildən-ilə daha da təkmilləşərək bütün gəncləri əhatə etməyə nail olub.
Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nümayəndə seçilib.
Xatırladaq ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb.

Keçidlər