Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü ilə əlaqədar tədbirlər keçirilir

02 noyabr 2018 | 11:00

Xətai rayonu ərazisində yerləşən 95 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin və 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. 
Tədbirdə İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonar tədbirdə iştirak edən qonaqlar  çıxışlarında dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın  Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunduğunu vurğulayıblar. Həmçinin qeyd olunub ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikamızın hər yerində və  ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
Tədbirdə məktəblilərin ifasında  günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

Keçidlər