Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

05 noyabr 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli”  çərçivəsində “MƏNİM  YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi            12 yaşa qədər uşaqlar üçün 5 noyabr 2018-ci il Xətai Sənət Mərkəzində baş tutub.
        Tədbiri çıxış sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı.  Xətai İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Xalq rəssamı Rəfael Dadaşov, Sənətşünas Ziyadxan Əliyev və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir haqqında öz ürək sözlərini söylədilər. Tədbirdə uşaqlara diplomlarla bərabər bir neçə nominasiyalar üzrə fərqli təşkilatların fərqlənmə diplomları da təqdim olundu. Sərgidə həmçinin fəallıq göstərmiş tədris mərkəzləri də Təşəkkürnamə ilə təltif olundular. Qeyd edək ki,  tədbirin məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilmişdir. Tədbirin bugünkü hissəsində 400-ə qədər uşağın 900-ə yaxın işi içərisindən 160-a yaxın əsər təqdim olunurdu. Tədbirin ikinci hissəsi 12-17 yaş arası uşaqlar üçün isə noyabr ayının 6-da Xətai Sənət Mərkəzində nümayiş olunacaqdır.

Keçidlər