Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində M.Mehdizadə küçəsinin sakinlərinin müraciətləri dinlənilmişdir

07 noyabr 2018 | 11:00

06.11.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinə müraciət etmiş M.Mehdizadə  küçəsi 2 və 4 saylı ünvanlarda yaşayan bir qrup sakin rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  tərəfindən  növbəti dəfə qəbul edilmişdir.

Sakinlərin sökülən evlərinin yerində pilot layihə əsasında aparılacaq  tikinti işləri ilə bağlı  müraciətləri dinlənilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pilot layihələr çərçivəsində M.Mehdizadə küçəsi 2 və 4 saylı ünvanlarda çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı sakinlər tərəfindən qaldırılan məsələlərin   rayon İcra Hakimiyyətinin başçısı və görüşdə iştirak edən məsul şəxslər tərəfindən   diqqətdə saxlanıldığı bildirilmişdir.


 

Keçidlər