165 saylı məktəbdə Vətən Müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım günü qeyd edilib
31 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun təhsil aldığı Xətai rayonu 165 saylı tam orta məktəbdə şəhadətinin ikinci ildönümündə anım tədbiri keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları şöbəsinin əməkdaşı Bəkir Əsgərzadə, şəhid ailə üzvləri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Şəhidin döyüş yoldaşları, ona dərs deyən müəllimlər şəhidin qəhrəmanlığından söhbət açıb onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.