Xətai rayon icra hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda tədbir keçirdi.
28 yanvar 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının inzibati binasında Xətai rayon icra hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda tədbir keçirildi. Tədbirdə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında yaşlı nəslin rolundan, bu dəyərlərin gələcək nəsilllərə ötürülməsi, gənclərin düzgün tərbiyə olunması və maarifləndirilməsi məsələləri ətrafında müzakirələr aparıldı.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dedi ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev müstəqillik illərində dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının inkişafına xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu ideyanın dünya içtimaiyyətinə çatdırılmasında gördüyü işlər isə danılmazdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə əlavə etdi ki, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində mühüm layihələr həyata keçrilir. Gələcək nəsillərin bu ruhda tərbiyə olunmasında, cəmiyyətdəki ailə institutlarının qorunması və möhkəmləndirilməsində, ailənin kiçik bir dövlət kimi qorunub saxlanmasında yaşlı nəslin təcrübəsi əsas amildir.
Tədbirdə çıxış edən rayon Ağsaqqalları, ziyalılar gənclərin iştirakı ilə belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırdılar.