Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızda səfərdə olan Yaponiyalı musiqiçi rayon İcra Hakimiyyətində olmuşdur

09 noyabr 2018 | 11:00

Yaponiyanın tanınmış sənətçilərindən olan Azərbaycanın yaxın dostu Kyuko Yamamoto Xətai rayon İcra Hakimiyyətində olmuşdur.

Görüş zamanı Yaponiya-Azərbaycan dostluq münasibərləri çərçivəsində görülən  işlər, qarşılıqlı səfərlər müzakirə edilmişdir. Xanım Yamamoto bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin 95 – illiyi ilə əlaqədar Xətai rayonunda  Heydər parkında təşkil edilmiş möhtəşəm bayram konsertində çıxış etməsi həyatında yaddaqalan hadisələrdəndir.  Sənətçi onu da qeyd etmişdir ki, o Yaponiyada Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği ilə məşğuldur.  
Aparatın İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov Xətai rayonuna olan belə isti münasibətə görə xanım müğənniyə  minnətdarlıq etmiş,   qeyd olunan yubiley konsertində onun təqdim etdiyi musiqilərin, xüsusən də azərbaycan dilində ifa etdiyi “Sarı gəlin” mahnısının hər kəs tərəfindən böyük rəğbətlə qarşılandığını bildirmişdir.
Sonda xatirə şəkilləri çəkilmiş və qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Keçidlər