12 noyabr Konstitusiya günü münasibətilə Xətai rayonunda tədbirlər keçirilib
12 noyabr Konstitusiya günü münasibətilə Xətai rayon məktəblərində tədbirlər keçirilib.
261 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəb-liseyin foyesində konstitusiyaya dair sərgi təşkil olunmuş, müəllimlər Konstitusiyamızın tarixindən danışaraq Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat vermişlər. Bildirilmişdir ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz möhkəmləndi, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoyub. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
Digər çıxışçılar Azərbaycanda Konstitusiyanın yaranmasından, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlardan danışdılar. Qeyd olundu ki, insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapmasını Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi addımdır.