Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib

14 noyabr 2018 | 11:00

Xətai rayonunda  Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.
  Tur-aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular.
 Çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, dövlət başçısının tövsiyyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək.  Razim Məmmədov həmçinin bildirdi ki, müstəqil Azərbaycan son 25 ildə möhtəşəm tarixi bir inkişaf  yolu keçmişdir. Ölkəmizin bu inkişafı təkcə paytaxt Bakının simasında deyil, bölgələrimizin timsalında da özünü parlaq şəkildə göstərir. Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Lənkəran, Masallı və Astara rayonlarına səfər edəcəklər. Zəngin tarixi ilə seçilən bu bölgə həm də sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İnanıram ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.

Rayon  icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məlumat verdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyəsi ilə 2014-cü il noyabrın 9-dan start götürən layihə üzrə dörd ildə iki dəfə olmaqla 7 istiqamətdə 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə edildiyi bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 nəfər iştirak edib.  Natiq bildirdi ki, Xətai rayonundan da bu tur-aksiyalarda indiyə qədər 242 məktəbli iştirak edib və 40 məktəblimiz də bu gün növbəti tur-aksiyaya yola düşəcək.

Çıxışına məktəblilərə uğurlu səyahət arzuları ilə başlayan Milli Məclisin deputatı Hüseynbala Mirələmov məktəblilərə Ölkə rəhbərliyinin onlar üçün yaratdığı bu imkandan maksimum faydalanmağı tövsiyyə etdi. 
Çıxış edən məktəblilər və valideynlər yaradılan bu imkan üçün Ölkə Başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilərinin ritmik musiqi nömrələri ilə davam etdi.
Daha sonra şagirdlər  onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşaiyyəti ilə   Lənkəran şəhərinə yola düşdülər.

 

Keçidlər