Xətai rayonunda “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda dəyirmi masa keçirilib
YAP Xətai rayon təşkilatının inzibati binasında 15.11.2018-ci il tarixdə Məşğulluğa kömək Əlaqələndirmə Komitəsinin üzvləri ilə müəssisə və təşkilat rəhbərlərinin “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda Dəyirmi masa keçirilmişdir.
Xətai rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”ndan irəli gələn vəzifələrdən bəhs olunub. Məşğulluq səviyyəsinin artırılmasında, layiqli əməyin təmin edilməsində və işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsində sosial dialoq və tərəfdaşlığın həlledici rol oynadığı bildirilib.
Tədbirdə yeni Məşğulluq Strategiyasının əsas məqsədlərindən birinin də qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması olduğu vurğulanıb.