Xətai rayonunda "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçılarının qarşılanma mərasimi keçirilib
17.11.2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai məktəblilərinin Lənkəran-Astara-Masallı rayonlarına səfərləri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.
Qarşılanma mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır.
İctimaiyyət nümayəndələri, valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini dedilər.
Qeyd edək ki, bu maarifləndirici tur-aksiyası çərçivəsində Lənkəran şəhərində keçirilən “Nə, Harda, Nə zaman?” intellektual bilik yarışmasında məktəblilərimizin iki komandası 2-ci və 3-cü yerlərə layiq görülərək iki kubok qazanıblar.
Sonda xatirə şəkilləri çəkildi.