Xətai rayonunda “Azərbyacan Xalq Cümhuriyyət ənənələrinin qorunmasında qadınların rolu Tarixilik və Müasirlik” mövzusunda dəyirmi masa keçirildi
Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon bələdiyyəsi, Xətai Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə dəstəyi ilə “Azərbyacan Xalq Cümhuriyyət ənənələrinin qorunmasında qadınların rolu Tarixilik və Müasirlik” adlı tədbir keçirildi.
Tədbirdə layihə rəhbəri – Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva layihə barədə məlumat verdi və tədbirin təşkil olunmasında dəstəyi olan qurumlara öz təşəkkürünü bildirdi.
Daha sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov , Xətai rayon bələdiyyəsinin üzvü Könül Əfəndiyeva, bələdiyyə üzvü Rövşən Məmmədov çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev müstəqil və müasir Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırmışdır. Şərqdə ilk demokratik dövlət olan və Azərbaycan qadınına ilk dəfə seçib – seçilmək hüququ verən Azərbaycan Xalq Cümhuriyyət ənənələrinin qorunmasında qadınlarında müstəsna rol oynamasını natiqlər qeyd etmişlər.
Ümumilli lider heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin uğurla davam etdirilməsində prezident İlham Əliyev və xanımı birinci vitse – prezident Mehriban Əliyevanın geniş fəaliyyəti çıxış edən natiqlər tərəfindən qeyd olunmuşdur.
Sonda Xətai bələdiyyəsinin bir qurup fəal qadın üzv və qulluqçuları fəxri fərmanla təltif olunmuşlar.