Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Abad həyət" layihəsi davam etdirilir+VİDEO

23 noyabr 2018 | 11:00

https://www.facebook.com/panah.imanov.3/videos/10156913163679433/UzpfSTE3Mzc3ODg5MzE1NzQwNjo0MTM2MjE4OTI1MDY0Mzc/

Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri  şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır. Bunun nəticəsi olaraq abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Xətai rayonu öz gözəlliyi, səliqə səhmanı ilə Bakının rəngarəngliyinə xüsusi çalarlar qatır. Burada yaradılan şərait, abad yollar, yeni-yeni gözəl park, istirahət məkanları sakinlərin və qonaqların ürəyincədir.

Məhəllələrdə "Nümunəvi həyət"lərin salınması isə görülən işlərin tərkib hissəsidir.
Son illər ərzində rayon ərazisində müxtəlif parklar, bir sıra binaların qarşısında 30-dan çox yeni "Abad məhəllə" salınıb, mövcud məhəllələr isə yenidən qurulur. Nobel prospekti, Şirvani küçəsi və digər ərazilərdə sakinlərin ixtiyarına verilən bir neçə "Abad həyət"də də istirahət üçün hər cür şərait yaradılıb. Burada idman və şahmat meydançaları, oturacaqlar, günlüklər, balacalar üçün müxtəlif attraksionlar quraşdırılıb. Bütün bunlar isə sakinlərin eləcə də balacaların asudə vaxtlarının səmərəli təşkili və onların istirahəti üçün geniş imkanlar yaradır. Rayonda görülən işlər bununla bitmir.
Abadlaşdırma layihəsi çərçivəsində bütün binaların fasadlarında, həmçinin bloklarda yenidənqurma işləri həyata keçirilir, dam örtükləri yenisi ilə əvəzlənir.Havaların soyuması ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən bütün qazanxanaların fəaliyyəti bərpa olunub. Məktəblərdə, bağçalarda, inzibati obyektlərdə eləcə də, bütün yaşayış massivləri istilik sistemləri ilə tam təchiz olunub.


 

Keçidlər