Ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Bu dəfəki yaşıllaşdırma marofonu Xətai rayonu ərazisində fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrində aparıldı. Həyata keçirilən aksiyada əsas məqsədi ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaqdır.
Ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edən aksiya zamanı şagirdlər 100 dən çox şam və küknar ağacları əkiblər. Ərazi zibilliklərdən təmizlənib, ağaclara qulluq göstərilib.
Sözgedən aksiya hər həftə davam etdiriləcək.