Xətai rayonunda payız-qış mövsümünə hazırlığın yekunlarının vəziyyəti ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirildi
Xətai rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov şıxış edərək bildirmişdir ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Şura iclasında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.
Qeyd olunmuşdur ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.
Tədbirdə rayon MKTB-nin rəisi Əvəz İsmayılov və Azəristiliktəchizat ASC-nin xidmət rəisi Rafiq Əliyev çıxış edərək 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev, çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.