269 nömrəli məktəbin komandası qalib olub
05-06 dekabr 2018-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Məktəb İdman Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq məktəblilərin respublika çempionatının proqramına daxil olan Voleybol idman növü üzrə çempionatın Bakı şəhər zona mərhələsi keçirilmişdir.
Çempionatda Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəbin komandası birinci yeri tutaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.
Respublika çempionu olan komanda Xorvatiyanın Poreç şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Komandamızı təbrik edir, respublika mərhələsində uğurlar arzu edirik.