Mersin və Tarsusdan olan nümayəndə heyəti Xətai İcra Hakimiyyətində olub
Xətai rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov və şöbə müdiri Pənah İmanov qonaqları qarşılayaraq rayon haqqında məlumat vermiş, "Bir millət- iki dövlət" olan Türkiyə- Azərbaycan qardaşlıq əlaqələri şərçivəsində münasibətlərdən danışmışlar.
Tarsus Bələdiyyə sədrinin müavini Hüseyn Boro, məclis üzvü Əli Şimşək, Mersin Böyükşəhər Bələdiyyəsinin məclis üzvü, başkan vəkili Kərim Tufan və digər çıxış edənlər belə səmimi qarşılanmaya görə öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, həm Türkiyədə, həm də Azərbaycanda Ulu Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xatirələri böyük sayğı və sevgi ilə anılır, doğum və anım günləri qeyd olunur. Tarsusdakı Heydər Əliyevin adını daşıyan park Tarsusluların, eləcə də şəhərin qonaqlarının sevimli istirahət yeridir.
Sonda qarşılıqlı hədiyələr təqdim olundu və xatirə fotoları çəkildi.