Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

09 dekabr 2018 | 11:00

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinin ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşviq Məmmədov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, əlillər, şəhid ailələri, veteranlar iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Fuad Salahov bildirib ki, hazırda İctimai Birliyin qeydiyyatında 22 nəfər I qrup, 145 nəfər II qrup, 14 nəfər III qrup Qarabağ Müharibəsi Əlili, 205 nəfər şəhid ailəsi, 277 nəfər veteran var. Ötən dövr ərzində İB-ə 91 nəfər müxtəlif problemlərlə müraciət etmiş onlardan 69 nəfərin problemi öz həllini tapmışdır.
Tədbir İctimai Birliyin il ərzindəki fəaliyyətinin müzakirəsi ilə davam etdi.

 

Keçidlər