Xətai rayonunda Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Dekabrın 11-i rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, idarə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək onun xatirəsinə həsr olunmuş anım mərasiminə qatılmışlar.
Tədbir iştirakçıları Dahi Öndərin abidəsi önünə tər çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Xətai rayonunda Ümummilli Liderin anım günü ilə əlaqədar keçirilən tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti haqda geniş söhbətlər açılmış, ruhuna dualar oxunmuşdur.