Rayon İcra Hakimiyyətində M.Mehdizadə küçəsinin sakinlərinin müraciətləri dinlənilmişdir
11 dekabr 2018 | 11:00
11.12.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinə müraciət etmiş M.Mehdizadə küçəsi 2 və 4 saylı ünvanlarda yaşayan bir qrup sakin rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən növbəti dəfə qəbul edilmişdir.
Sakinlərin sökülən evlərinin yerində pilot layihə əsasında aparılacaq tikinti işləri ilə bağlı müraciətləri dinlənilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pilot layihələr çərçivəsində M.Mehdizadə küçəsi 2 və 4 saylı ünvanlarda çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı sakinlər tərəfindən qaldırılan məsələlərin rayon İcra Hakimiyyətinin başçısı və görüşdə iştirak edən məsul şəxslər tərəfindən diqqətdə saxlanıldığı bildirilmişdir.