Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər davam edir

12 dekabr 2018 | 11:00

Müasir Azərbaycanın memarı və qurucusu  Heydər  Əliyevin vəfatının 15-ci ildönümü ilə  əlaqədar keçirilən tədbirlər çərçivəsində rayon məktəbliləri tərəfindən Ulu Öndərin məzarı ziyarət edilir, rayon ərazisində yerləşən təhsil müəssisələrində anım tədbirləri keçirilir.
12 dekabr  tarixində 204 nömrəli tam orta məktəbdə  keçirilən tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açdı. O parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.
Tədbirin növbəti gedişatında şagirdlərə böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verdilər. Müəllimlər çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildiriblər.

 

Keçidlər