17 nömrəli məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Böyük ömrün dastanı" adlı tədbir keçirildi
Mayın 4-də Xətai rayonu 17 nömrəli tam orta məktəbdə müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Böyük ömrün dastanı" adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Musiqi və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rəhman Baxşəliyev və digər qonaqlar, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Məktəblilər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompazisiya nümunələri, maraqlı musiqi və rəqs nömrələri, həmçinin kiçik səhnəciklərlə çıxış etdilər, Ümummilli Liderin həyat yolunu, zəngin və çoxşaxəli irsini özündə əks etdirən, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərini, idmana, incəsənətə, təhsilə göstərdiyi diqqət və qayğısını işıqlandıran videoçarxlar nümayiş olundu.
Sonda müxtəlif idman və bilik yarışlarında yer tutan məktəb şagirdlərinin qazandığı mükafatlar şagirdlər tərəfindən kiçik səhnəcik kimi təqdim olunması tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılandı.