Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov 116 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü

01 fevral 2014 | 11:00

2014-cü il yanvar ayının  31-də Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun 116 saylı tam orta məktəbdə sakinlər  ilə səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlər çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırdı.

Keçidlər