"Zəkalar” liseyinin şagirdləri “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan çempionatının qalibləri olub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan çempionatına yekun vurulmuşdur.
Çempionatda Xətai rayonunu 287 nömrəli “Zəkalar” liseyinin 11-ci sinif şagirdləri Səmədov Namiq, Quliyev Əmir, Xudaverdiyev Səbuhi, Aslanova Nərgiz, Rəfiyeva Lalə təmsil etmişdir. Yarışda 22 şəhər və rayondan 32 komanda iştirak etmişdir.
Komandamız çempionatdan evə 3 kubokla geri dönmüşdür.
Final oyununu 8799 xalla başa vuran şagirdlərimiz VI çempionatın qalibi olaraq həm qalibiyyət , həm də ən yaxşı komanda kuboklarına sahib olmuşlar.
Bundan başqa komandanın üzvü 11d sinif şagirdi Səmədov Namiqə çempionatın ən yaxşı oyunçusu kimi kubok təqdim olunmuşdur.
Qaliblərimizi təbrik edirik!