Xətai rayonunda Yeni il hazırlıqları davam edir
18 dekabr 2018 | 11:00
Hər il olduğu kimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Xətai rayonunun küçə, park və yolları işıq və digər effektlərlə bəzədilir.
Rayonun Yusif Səfərov küçəsində yerləşən Heydər Əliyev Fondu tərəfindən qurulan "Sevirəm parkı "Yeni ilə xüsusi hazırlaşıb. Belə ki, parkın göz oxşayan tərzdə bəzədilməsi, xüsusilə, gecə görüntüləri və əhaliyə göstərilən yüksək xidmət hər kəsi razı salır. Parkı ziyarət edənlər buranı razılıq və xoş ovqatla tərk edirlər.