Şriftin ölçüsü :

Saytın rəngi :

17.03.2026-cı il tarixdə Xətai rayonunda Əmək Yarmarkası təşkil olunub

17 mart 2026 | 18:46

17 mart 2026-cı il tarixdə Bakı Regional Məşğulluq Filialı və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonu, Xocalı pr. 64 ünvanında yerləşən Ibis Baku City hotelinin inzibati binasında  “Əmək Yarmarkası” təşkil olunub.

Yarmarkada iş axtaran vətəndaşlar üçün 30 müəssisə tərəfindən ümumilikdə 250 vakansiya təqdim edilib. Tədbir iştirakçılarına mövcud iş yerləri üzrə tələblər, işə qəbul prosedurları və karyera imkanları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, vakansiyalara müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərlə ilkin seçim mərhələsi həyata keçirilib.

Belə tədbirlər əmək bazarında aktivliyin artırılması, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər