Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir

20 dekabr 2018 | 11:00

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə  Xətai rayon İcra Hakimiyyətində “Xətai rayonu üzrə mülki müdafiənin təşkilinin vəziyyəti“ mövzusunda növbəti tədbir keçirilmişdir.  

Tədbirdə Baş idarənin və Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin məsul əməkdaşları, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini - rayon fövqəladə hallar komissiyasının sədri və rayondakı idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri iştirak etmişlər.

Toplantının keçirilməsində əsas məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur. 

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini - rayon fövqəladə hallar komissiyasının sədri Etibar Əhmədov Xətai rayonunda mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.

Həmçinin, çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov və nazirliyin əməkdaşları çıxışlarında Xətai rayonu ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikirlərini bölüşmüş, onların aradan qaldırılması istiqamətində təkliflərini səsləndirmişlər.

Keçidlər