Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında “Dostlaşmış şəhərlər” statusu şəklində əməkdaşlıq etmək haqqında anlaşma protokolu imzalandı+VİDEO
Son illər Prezident İlham Əliyevın rəhbərliyi altında paytaxtın Xətai rayonunda bir sıra layihələr həyata keçirilir. Yapon bağlarının salınması isə görülən işlər sırasındadır.
Yaponiyanın bir sıra şəhərləri ilə paytaxtın Xətai rayonu arasında əməkdaşlığı özündə əks etdirən əlaqələr mövcuddur. Ölkəmizdə səfərdə olan Yaponiyanın İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizuminin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Xətai rayonundakı Heydər Əliyev parkına gələrək ümummili liderin abidəsini ziyarət etdilər, xatirəsinə ehtiramlarını bildirdilər. Nümayəndə heyəti parkın ərazisində salınan Yapon bağı ilə tanış oldular. Bildirildi ki, Yaponiyanın “KOSUQİ" şirkəti tərəfindən salınan bu Yapon bağı qədim yapon mədəniyyətini əks etdirən atributlarla zəngindir. Daha sonra rayon ərazisindəki Xocalı abidəsi ziyarət olundu.
Daha sonra qonaqlar rayon İcra Hakimiyyətində qonaq oldular. Görüşdə Xətai rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quliyev bildirdi ki, Xətai rayonu Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlaşıb. Yaponiya ilə isə bu istiqamətdə işlər davam etdirilir.
Yaponiyanın İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizumi Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsi adlandıraraq diqqətə çatdırdı ki, gələcəkdə də dövlətlərimiz arasında müxtəlif sahələri əhatə edən layihələrin realaşdırlması nəzərdə tutulub. Ölkəmizdə ilk dəfə səfər etdiyini deyən qonaq bildirdi ki, gələn ildən iki ölkə arasında gənclərin inkişafı məqsədilə müxtəlif layihələr həyata keçiriləcək. Yaponiya Azərbaycanı özünə yaxın bir ölkə kimi qəbul edir. Yaponiyada Azərbaycanı sevirlər. Buna səbəb isə xalqlarımız arasındakı isti münasibətlərdir.
Rəsmi görüşdə Xətai rayon İcra Hakimiyyəti başçısının slahiyyətlərini müvəqqəti icra edən Rafiq Quliyev və Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi “Dostlaşmış şəhərlər” statusu şəklində əməkdaşlıq etmək haqqında anlaşma protokolu imzaladılar.
Rəsmi görüşdən sonra qonaqlar rayon ərazini gəzərək “Ağ şəhər” layihəsi ilə tanış oldular. Daha sonra Əl Oyunları sarayına gələn qonaqlar güləş üzrə Azərbaycan çempionatının final yarışlarını izlədilər.
https://www.facebook.com/173778893157406/videos/213554482908623/