Şriftin ölçüsü :

Saytın rəngi :

171 nömrəli məktəbdə “İgid əsgər” adlı tədbir keçirildi

23 fevral 2024 | 08:56

23.02.2024-cü il tarixdə Xətai rayon İcra Hakimiyyəti və 171 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “İgid əsgər” adlı tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Təlimə Dəstək Mərkəzinin əməkdaşı Roza Rüstəmli, , Xətai Rayon Polis İdarəsinin əməkdaşı Umud Umudov, hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı,  I Qarabağ müharibəsinin iştirakçısı ehtiyyatda olan polis zabiti İsmayıl Həkimli, Veteran Tankçılar İctimai birliyin sədr müavini Arif Nağıyev, Azərbaycan Jurnalistlər Birliyin üzvü, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbətqızı, General Polad Həşimov adına qızıl medala layqiq görülmüş vətənpərvər bəstəkar Sevinc Tofiq qızı, qazilər Ədalət Məmmədov, Azad İsmayılov, Ceyhun Qafarov, Barat Qurbanov, məktəbin adını daşıyan şəhid məzun Zaur Məmmədovun bacıları Venera Məmmədova və Nisə Məmmədova, polis polkovniki Tural Novruzov, məktəbin müəllim və  şagird kollektivi iştirak edib.

Tədbirdən öncə qonaqlar məktəbin şəhid məzunu Zaur Məmmədovun büstü önünə, şəhid məzunlar Akif Məmmədovun və İlham Məmmədovun abidəsi önünə qərənfillər düzərək xatirəsini yad etdilər.  Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şagirdlər Şəmistan Əlizamanlanın yaradıcılığından məlumat verdilər, döyüş yolundan bəhs edən səhnəcik göstərdilər. Şagirdlərin ifasında bir neçə mahnı səsləndirildi. Tədbirin sonunda Şəmistan Əlizamanlı şagirdlərin suallarını cavblandırdı, çıxış edən qonaqlar şagirdlərin vətənpərvər ruhda boyüməsində əməyi keçən hər bir kəsə, məktəb direktoru Zemfira Məsiyevaya, məktəbin müəllim kollektivinə təşəkkürlərini bildirdilər.Qonaqlar məktəbdə həyata keçirilən “Hardasan dostum?” layihəsi ilə tanış olduqdan sonra, layihə üçün təqdim olunan kitablarda əsgərlərə ünvanladıqları arzuları qeyd etdilər, xatirə şəkli çəkdirdilər.

Keçidlər