Şriftin ölçüsü :

Saytın rəngi :

171 nömrəli tam orta məktəbdə şəhid Sahib Daşdəmirova həsr olunmuş tədbir keçirilib

27 aprel 2024 | 17:17
26 aprel 2024-cü il tarixində Xətai rayon Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 2023-cü ilin sentyabr ayında lokal xarekterli antiterror əməliyyatları zamanı şəhid olmuş baş leytenant Sahib Daşdəmirova həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin ailə üzvləri, məktəb kollektivi  iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra məktəbin həyətində "Zəfər bulağı" ziyarət olunub. Həmçinin, şəhid Sahib Daşdəmirovun həyatına, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş  şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirilib, vətənpərvərliyə həsr olunmuş mahnılar ifa olunub.
Keçidlər