Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda“Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.

21 dekabr 2018 | 11:00

Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR”  Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirilib.

Çıxış edən   Fəlsəfə və Elmlər Namizədi Sənətşünas Samir Sadiqov sərginin əhəmiyyətindən danışdı və uşaqlara xoş arzularını bildirdi.

Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Professor Ağaəli İbrahimov, Sənətşünas Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərindəki Daimi Nümayəndəliyi Azər Rəhimov, Rəssam Həsən Həsənov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.
12 yaşa qədər 165 uşağın 170 işi     təqdim  olunan  tədbirdə  Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının    stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  keçirilən müsabiqədə  uşaqlar yaşadığı yerin  təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının  obrazlarını  və s. öz  duyğuları  ilə  tablolarında  əks  etdirmişlər.
Sərgilənən işlərin müəllifləri diplomla,  fəal tədris mərkəzləri  təşəkkürnamə ilə təltif olundular.

Həmçinin sərgidə ayrı-ayrı təşkilatların  müxtəlif nominasiyalar üzrə diplomları təqdim olundu.

 

Keçidlər