Xətai rayonu 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə hazırdır...
Yeni təqvim ilinin gəlişinə sayılı günlər qalıb. Paytaxtın hər yerində olduğu kimi, Xətai rayonunda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.
Yeni ilin gəlişi ilə əlaqədar rayonumuzun küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Yolka ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb.
Rayonun Heydər Parkında möhtəşəm yolka quraşdırılıb. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.
Rayonun Yusif Səfərov küçəsində yerləşən Heydər Əliyev Fondu tərəfindən qurulan "Sevirəm parkı da "Yeni ilə xüsusi hazırlaşıb. Belə ki, parkın göz oxşayan tərzdə bəzədilməsi, xüsusilə, gecə görüntüləri və əhaliyə göstərilən yüksək xidmət hər kəsi razı salır. Parkı ziyarət edənlər buranı razılıq və xoş ovqatla tərk edirlər.