3 saylı uşaq evində bayram şənliyi təşkil olundu
26.12.2018-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin nümayədələri Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 3 saylı uşaq evində olublar.
Uşaq evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva bidirib ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Yeni il ərəfəsində Heydər Əliyev Fondu tərəfindən müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir.
Uşaq evinin direktoru Məhbubə Hüseynova bildirib ki, uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir.
Daha sonra körpələr evinin sakinlərinin hazırladıqları müsiqilər, şeirlər, bir-birindən gözəl rəqs ifaları nümayiş olunub.
Sonda balacalara bayram sovqatları paylanılıb .