Xətai rayonu Zığ yolu 9 saylı ünvanda yerləşən parkda yenidənqurma işləri davam edir
Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Zığ yolu 9 saylı ünvanda yerləşən parkın yenidən qurulması işləri sürətlə davam etdirilir.
Görülən işlərin tərkib hissəsi olaraq, parkın ərazisində mövcud olan şəhid abidələrinin ətrafında abadlaşdırma işləri çərçivəsində yenidənqurma işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyinə əsasən quru ağaclar budanır, parkın ərazisində səkilərə döşəməlik daşlar düzülür, su fəvvarələrinin qoyulması üçün bünövrə qazılır, üzlük daşlarla üzlənmə işləri aparılır.
Parkın ərazisində mini futbol və basketbol meydançalarının inşasına başlanılıb, yaşıllıq örtüyünün salınması üçün torpaq qatının hamarlaması, həmçinin sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması işləri həyata keçirilir.
Həmin ünvanda yerləşən 9 mərtəbəli yataqxana binasının fasadında suvaq və rəngləmə işləri görülür, mövcud yerüstü elektrik xətləri yeraltı xətlərlə əvəz olunur.