Xətai rayonunda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib
9 yanvar 2019-cu il tarixdə Humanitar Fənnlər təmayüllü liseyin akt zalında 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Dəyanət Əzizovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər Humanitar Fənlər Təmayüllü liseyin direktoru Nəzakət Əskərova, 6 saylı Şəhər Poliklinikasının Terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova, 6 saylı İstilik Sistemləri İstismarı Sahəsinin rəisi Bəhram Qarayev, ərazidə yaşayan sakin Leyla Mustafayeva və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.