Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral gənclər günü münasibətilə Xətai rayonunda tədbir keçirilib

02 fevral 2014 | 11:00

2 Fevral gənclər günü münasibətilə Xətai rayonunda tədbir keçirilib. 260 min əhalisi olan rayonda hazırda 80 minə yaxın gənc fəaliyyət göstərir ki, onların da bir coxu keçirilən beynəlxalq yarışların, olimpiadaların qalibləridir. Son dövürdə rayon gənclərinin əldə etdiyi uğurlardan danışan Rayon icra haklimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə bir sıra dövlət proqramları işlənib hazırlanıb. YAP-nın Xətai rayon təşkilatının sədri,millət vəkili  Hüseynbala Mirələmov, Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev və digər çıxışçılar vurğuladılar ki, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsil alması,eləcə də gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqətin nəticəsidir. Sonra rayonun ictimai-siyasi həyatında,təhsildə, idmanda fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər