Bəzi ünvanlarda yaşayış binalarının damlarından su çənləri yığışdırıldı
12 yanvar 2019 | 11:00
Rayonun Məzahir Rüstəmov küçəsi 8, 12 və digər ünvanlarda yerləşən yaşayış binalarının damlarında sakinlər tərəfindən yerləşdirilmiş su çənlərinin götürülməsi işləri həyata keçirilir.
Eyni zamanda "Azərsu" ASC tərəfindən vətəndaşların su təchizatının yaxşılaşdırılması, fasiləsiz su təminatı ilə təchiz edilməsi istiqamətində yeni su xətlərinin çəkilməsi işləri sürətlə davam etdirilir.