Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

22 yanvar 2019 | 11:00

22 yanvar 2019-cu il tarixdə 55 saylı tam orta məktəbin akt zalında 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Vüsal Nəsibovun  hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər 55 nömrəli tam orta məktəbin müəllimi Şövqiyyə Rəhimova, 28 nömrəli birləşmiş şəhər poliklinikasının  şöbə müdiri  Təranə Məmmədova,  “Azəristiliktəchizat” ASC-nin  2 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin  rəisi  Xəqani Süleymanlı, Sahə İnzibati ərazi dairəsi üzrə rayon sakini  Zümrüd       Həsənquluyeva və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

 

Keçidlər