Rayon İcra Hakimiyyətinin Başçısı 261 saylı tam orta məktəbdə Bakı kinoteatrı ətrafında yerləşən binaların sakinləri ilə görüşdü
2014-cü il fevral ayının 7-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun sakinlər ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, 1 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlər çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edən vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmazlıqların , həmçinin qaz, istilik, işıq, yolların asfaltlanması və s. kimi kommunal, məişət problemlərinin aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırdı.