Şriftin ölçüsü :

Saytın rəngi :

General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında yeni parkın salınması işlərinə başlanıldı

08 fevral 2014 | 11:00

Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq  Xətai rayonunun da simasının gözəlləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni yaşılıq zolaqları, park və meydanlar salınır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyət”in salınması isə görülən işlərin tərkib hissəsidir.  Rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb.

Hazırda rayonun General  Şıxlinski küçəsi 57 və 59 ünvanlarında yeni parkın salınması işlərinə başlanılıb. Ərazidə təmizlik işləri aparılır, qurumuş ağaclar kəsilir, yarımçıq tikililər sökülür. Sakinlərin rahat istirahətini təmin etmək məqsədilə inşa olunacaq nümunəvi park müasir standartlara uyğun şəkildə tikiləcək. İstirahət parkında avropa istehsalı olan müasir işıqlandırma sistemi quraşdırılacaq. İşlərin vaxtında başa çatdırılması məqsədilə əraziyə rayon icra hakimiyyətinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. . Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə gələrək işlərin icra vəziyyəti ilə yaxından tanış olmuş və müvafiq tapşırıqlar vermişdir.

Keçidlər