Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblisi “Xocalı Soyqırımını Unutma” mövzusunda inşa yazı müsabiqəsinin qalibi oldu

22 fevral 2019 | 11:00

           Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Xocalı faciəsinin  iyirmi yeddinci ildönümünə  ilə əlaqədar orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Xocalı soyqırımını unutma” adlı inşa yazı müsabiqəsinin Bakı şəhər mərhələsinin mükavatlandırma mərasimi keçirilmişdir.

          Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım ‎Fondunun   prezidenti Ahmet Tecim, millət vəkilləri Sona  Əliyeva, Fazil Mustafa, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Din İşləri Müşaviri Kamil Günəş, Türkiyə və Azərbaycan İş adamları və Sənayeelçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfrat, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ayna Allahyarqızı, qazilər,  Xocalı sakinləri, valideyn, müəllimlər və gənclər iştirak etmişlər. 
             Müasbiqədə Xətai rayonu təmsil edən Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Mansurova Ləman Cəmil qızı I yerə layiq görülmüşdür.

             Qaliblərə diplom və hədiyyələrlə mükavatlandırılmışlar.

Keçidlər