Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədovun rəhbərliyi ilə rayon Mənzil Kommunal Təssərrüfat Birliyində müşavirə keçirilmişdir.

09 fevral 2014 | 11:00

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə rayon Mənzil Kommunal Təssərrüfat Birliyinin akt zalında rayon MKTB-nin, hüquq-mühafizə orqanlarının, rayon bələdiyyələrinin, icra hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə  nümayəndələrinin, xidmət sahələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
     Müşavirədə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlıq işləri,  rayon ərazisində gedən abadlıq-quruculuq işləri, ərazinin təmizliyi, qanunsuz küçə ticarətinin qarşısının alınması ilə bağlı, əhalinin qaz, işıq, su və istilik təminatı ilə əlaqədar  məlumat dinlənildi. Sonra icra hakimiyyəti başçısı Razim Məmmədov  bu tədbirlərin daha da gücləndirilməsi, sakinlərin qaldırdığı problemlərin operativ həlli, küçə ticarəti sahəsində mübarizənin, əhalinin sağlamlığı, asudə vaxtının təşkili sahəsində keçirilən tədbirlərin,  təhsil, səhiyyə, mədəniyyət obyektlərinin ərazisinin təmizliyinə nəzarətin gücləndirilməsilə bağlı tapşırıqlar verdi. Bələdiyyə qurumlarının rəhbərlərinə rayon ərazisində görülən abadlıq-quruculuq işlərində daha yaxından iştirak etmələri tövsiyyə olundu.  Müşavirədə həmçinin yol verdikləri nöqsanlara görə bir sıra sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və MKİS  rəhbərlərinə ciddi xəbərdarlıq edildi.

Keçidlər