Fevralın 8-9-da Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.
10 fevral 2014 | 11:00
Fevralın 8-9-da Xətai rayonunda, M.Rüstəmov küçəsində növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 172 maşın olmaqla 227,1 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Onlardan 96,1 ton tərəvəz, 95,5 ton meyvə, 3,4 ton ət, 30,8 ton kartof, 0,7 ton bostan məhsulları olmuşdur.