Şriftin ölçüsü :

Saytın rəngi :

"ÖLKƏMİZİ TANIYAQ" TUR-AKSİYA İŞTİRAKÇILARININ TƏNTƏNƏLİ YOLASALMA MƏRASİMİ KEÇİRİLDİ+VİDEO

15 mart 2019 | 11:00

15.03.2019-cu il tarixdə  səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi.

https://www.facebook.com/173778893157406/videos/304458816885787/

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Ramin Hüseynov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin təşkili Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən burada əsl bayram əhval ruhiyyəsi yaranmışdı.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev Cənab Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olundu ki, ölkəmizin dünya miqyasında tanıdılmasında dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycanın birinci vitse prezidenti,  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da gördüyü işlər danılmazdır.


Daha sonra çıxış edən müəllimlər və valideynlər  məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirlər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, görməli yerlərini gəzəcəklər. Çıxış edən valideynlər, müəllimlər və məktəblilər  belə gözəl bir imkanı yaratdığı üçün  Ölkə Başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını ifadə etdilər.


Tədbirdə Xətai rayon Mədəniyyət evinin kollektivi, aşıqlar qrupu, milli geyimdə olan rəqqasələr, Novruz personajları-Bahar qızı, Kosa və Keçəl öz maraqlı ifaları ilə  məktəblilərdə xoş təəssüratlar yaratdı.  Daha sonra  şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Beynəlxaql Hava Limanına yola düşdülər.

 

Keçidlər