Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərliyi sakinləri "Açıq mikrofon"da dinlədi

16 mart 2019 | 11:00

Xətai rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini  Rafiq Quluyev  "Açıq mikrofon" layihəsi çərçivəsində vətəndaşlarla görüşüb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüş bu günlərdə sakinlərin istifadəsində verilmiş Zığ yolu 9 ünvanındakı abad məhəllədə   baş tutub.

“Açıq mikrofon” şəraitində keçən görüşdə 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib.Çoxmərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, məhəllədaxili küçələrin asfaltlanması, işlə təminat  kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər.  

Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Rayonun əsas və məhəllədaxili küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıblar.

Qeyd edək ki, bu tip görüş və fərdi qəbullar sakinlərin problemlərinin öyrənilməsinə və onların aradan qaldırılmasına xidmət edir.

Keçidlər