Şriftin ölçüsü :

Saytın rəngi :

Hər həftənin bazar ertəsi günləri keçirilən rayon İcra Hakimiyyətinin başçısının vətəndaşların qəbulu ilə bağlı 10.02.2014-cü il tarixə olan məlumat

11 fevral 2014 | 11:00

10.02.2014-cü il tarixdə keçirilən qəbulda 10 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Əliyev Baba, İbrahimova Aliyə, Ələkbərov Gülməmməd, Əlizadə Əjdər, Tanrıverdiyev Eldar, Zeynalov Qənimət, İsmayılova Şahnaz, Manafova Gülmay, İsmayılov Ədalət  tərəfindən əsasən sosial və kommunal məsələrin həlli, o cümlədən mənzil növbəsi, maddi yardım, torpaq və  s. məsələlər ilə bağlı müraciətlər  dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı   Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələnin   diqqətdə saxlanılmasını, müvafiq tədbirlər görülməsini  məsul şəxslərə göstəriş verdi. Qəbulun sonunda   Başçı qəbulda iştirak edən bütün xidmət sahələrinin rəhbərlərinə vətəndaşların qaldırdığı problemlər ilə əlaqədar öz tövsiyyələrini bildirdi, xüsusən də qış mövsümündə kommunal problemlərin yaranmaması üçün vaxtında tədbirlər görülməsini  tapşırdı.

Keçidlər