Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə əlaqədar operativ müşavirə keçirilib.

27 mart 2019 | 11:00


 Xətai Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Rafiq Quluyevin  sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə əlaqədar operativ müşavirə keçirilib.
     
Müşavirədə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Malik Rəhimov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə və ərazi inzibati dairələri üzrə başçının nümayəndələri, rayon və qəsəbə bələdiyyə sədrləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Xətai  rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahələrinin, eləcə də Xüsusi təyinatlı MİS rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edilib. Əhmədli qəsəbə inzibati dairəsi üzrə nümayəndəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib, eləcə də qəsəbə bələdiyyəsinin rəhbərliyinə ərazinin təmizliyinə ciddi nəzarət etmədiyinə görə irad bildirilib. Nöqsanlar digər məsul şəxslərin də diqqətinə çatdırılıb. Elan olunmuş "Təmizlik aylığı" çərçivəsində abadlıq-təmizlik işlərinin aparılması, iməciliklərin təşkili, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
      Rafiq Quluyev  qəbul edilmiş  “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” ilə bağlı rayonun texniki imkanlarından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, sanitar normalara riayət edilməsi və digər zəruri tədbirlərin daha ciddi şəkildə davam etdirlməsi  istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verdi. Tapşırıldı ki, rayon İcra Hakimiyyətinin əməkdaşları rayon və qəsəbə bələdiyələri  və rayon MKTB-nin nümayəndələri ilə birlikdə əraziyə nazarəti gücləndirməklə yanaşı ərazilərin təmiz saxlanılması və sanitar normalara riayət edilməsi istiqamətində sakinlər arasında maarifləndirmə işlərini də artırsınlar.

Bəzən su və qaz idarələri  tərəfindən aparılan müvafiq qazıntı işlərindən sonra ərazinin təmizlənməsi,  asfaltlanması işləri ləngiyir. Bu da insanların haqlı narazılığına səbəb olur. Digər xidmət sahələrinin rəhbərlərinə tapşırıldı ki,  qaz və su idarələri ilə birgə rayon ərazisində görülən işlərə nəzarəti gücləndirsinlər.
  Tədbirdən sonra ərazilərə baxış keçirildi və müvafiq tapşırıqlar verildi. 

 

 

Keçidlər