Xətai rayonunda "Təmizlik aylığı" çərçivəsində təmizlik aksiyaları davam etdirilir
"Təmizlik aylığı" çərçivəsində və rayon İcra hakimiyyətində məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Xətai rayonu ərazisində abadlıq-təmizlik aksiyaları davam etdirilir .
Təmizlik və abadlaşdırma işləri bu dəfə rayonun Cavanşir küçəsində aparılmışdır.
İməcilikdə məhəllələrdə sakinlər tərəfindən qanunsuz zəbt olunmuş və çəpərlənmiş ərazilərin çəpərləri sökülmüş, həmin sahələr məişət tullantılarından və quru otlardan təmizlənmişdir.
Ərazidə olan qanunsuz köşklər xüsusi texnikalar vasitəsilə götürülmüş, sakinlərin asudə vaxtını və istirahətini təmin etmək üçün abadlıq işlərinə başlanılmışdır.